Bakıda 35 yaşlı kişi faciəli şəkildə ölüb.
ARHD.az -ın məlumatına görə, hadisə paytaxtın Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində baş verib.
1990-cı il təvəllüdlü Orxan Bayramov yaşadığı evin hamamında dəm qazından boğularaq ölüb.
Onun meyiti yaxınları tərəfindən aşkarlanıb.
Faktla bağlı araşdırmalar aparılır.























