Qlobal əmtəə bazarlarında qızıl yeni tarixi rekorda imza atıb.


“ARHD.AZ” xəbər verir ki, qiymətli metal ilk dəfə olaraq 5 min dollar həddini aşaraq rekord səviyyəyə yüksəlib.


Belə ki, COMEX birjasında aprel fyuçersləri üzrə qızılın bir troya unsiyasının qiyməti 5020 dollara çatıb.


Qeyd edək ki, dünən fevral ayı üzrə qızıl fyuçerslərinin qiymətləri ilk dəfə bir troya unsiyası üçün 4958 ABŞ dolları ötmüşdü.


Xatırladaq ki, bir neçə gün əvvəl qızılın unsiyası 4699,15 dollar səviyyəsinə qalxmışdı. Bu, ABŞ Prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı açıqlamaları fonunda baş vermişdi. Belə ki, ABŞ-Aİ ticarət müharibəsi riski və qlobal bazarlarda qeyri-müəyyənlik, təhlükəsiz sığınacaqlara artan tələbat fonunda qızılın qiymətində yeni rekord qeydə alınmışdı.

Baxış sayı: 2 317

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə