Qızılın qiyməti yeni rekorda imza atıb

Bakı, 19 mart, ARHD.AZ


Qızılın qiyməti yeni rekorda imza ataraq bir unsiyası 3052,4 dollara satılıb.

ARHD.AZ bu barədə “Comex” birjasının məlumatlarına istinadla xəbər verir.

Bir müddət öncə, martın 14-də qızılın aprel fyuçersləri artıq yeni tarixi rekordu yeniləyərək 3001,3 dollara satılmışdı.

Analitiklər hesab edirlər ki, dünyada qızılın qiymətinin bahalaşmasına Birləşmiş Ştatların Çin, Kanada və Meksika ilə ticarət müharibələri səbəb olur. Burada, həmçinin qiymətli metalın təhlükəsiz aktiv kimi cəlbediciliyi rol oynayır.

Ekspertlər yaxın gələcəkdə qızılın qiymətinin 3,2 min dollaradək bahalaşacağını proqnozlaşdırırlar.

 

Baxış sayı: 2 512

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə