AZAL İsrail aviaşirkəti ilə kod-şer razılaşması imzalayıb

Bakı, 11 fevral, ARHD.AZ

AZAL İsrail aviaşirkəti ilə kod-şer razılaşması imzalayıb


“Azərbaycan Hava Yolları” QSC (AZAL) və İsrailin “El Al” aviaşirkəti kod-şer razılaşması imzalayıb.

AZAL-dan ARHD.AZ -a bildirilib ki, əməkdaşlıq çərçivəsində hər iki aviaşirkətin müştəriləri bir-birinin həyata keçirdiyi reyslərdən yararlana biləcəklər.

Belə ki, “EL AL”ın kodu (LY) AZAL-ın Təl-Əviv-Bakı uçuşlarına və gələcəkdə onların tranzit reyslərinə də əlavə olunacaq. “Matmid” loyallıq proqramının üzvləri də Bakıya yerinə yetirilən reyslərdə mil qazanmaq imkanına sahib olacaqlar.

Biletləri hər iki aviaşirkətin rəsmi saytından və ya tur-agentliklər vasitəsilə əldə edə etmək olar.

Baxış sayı: 1

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]