Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi mühafizə xidmətlərinin satın alınması məqsədilə açıq müsabiqə elan edib.


ARHD.AZ  xəbər verir ki, satınalma üzrə ehtimal olunan qiymət 818 min 412.6 manat müəyyən edilib.


Satınalma çərçivəsində Bakı şəhərində fəaliyyət göstərən beş DOST mərkəzi və Abşeron DOST Mərkəzi üzrə mühafizə xidmətlərinin göstərilməsi nəzərdə tutulur. Hər bir mərkəzdə bir post olmaqla, birnəfərlik mühafizəçi heyətinin 24 saatlıq (09:00-09:00) rejimdə fəaliyyəti planlaşdırılır. Xidmət müddəti bütün obyektlər üzrə 12 ay təşkil edir.


Tenderə yanvarın 23-də yekun vurulacaq.

Baxış sayı: 3 125

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə