Qızılın qiyməti 3900 dollara yüksələ bilər

Bakı, 29 sentyabr, ARHD.AZ




Qızılın qiyməti 4000 dollara yüksələ bilər


Dolların zəifləməsi və ABŞ federal hökumətinin “shutdown” ilə bağlı narahatlıqları fonunda qızılın qiyməti artmaqda davam edir.

ARHD.AZ xəbər verir ki, sentyabrın 29-da “Comex” birjasında dekabr ayı üçün qızıl fyuçerslərinin qiyməti 1 faiz bahalaşaraq unsiyası 3847 dollara çatıb.

Analitiklərin sözlərinə görə, Federal Ehtiyat Sisteminin növbəti altı ay ərzində faiz dərəcələrini daha da aşağı salması planı nəzərə alınaraq qızılın qiyməti artmağa davam edə və unsiyası 3900 dollara qədər yüksələ bilər. “Shutdown” narahatlıqları da təhlükəsiz aktivlərə, o cümlədən qızıla tələbatı artırır.

Qeyd edək ki, 2025-ci ilin əvvəlindən bəri qızıl təxminən 37 faiz bahalaşıb. Bu arada ABŞ-da federal idarələrin fəaliyyəti bu həftə dayandırıla bilər, çünki onların müvəqqəti maliyyələşdirilməsi barədə qanunun müddəti 30 sentyabrda başa çatır. Bir müddət öncə Nümayəndələr Palatası müvəqqəti maliyyələşdirmənin noyabrın 21-dək uzadılması ilə bağlı qanun layihəsini qəbul edib, lakin indi həmin layihə Senat tərəfindən təsdiqlənməlidir. Senatın 100 üzvündən 53-ü respublikaçılardır və qanun layihəsinin qəbul olunması üçün 60 səs tələb olunur.

Məlumata görə, yaxınlaşan “shutdown” fonunda ABŞ Prezidenti Donald Tramp sentyabrın 29-da Nümayəndələr Palatası və Senatın respublikaçı və demokrat liderləri ilə görüş planlaşdırır.

Baxış sayı: 6 548

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə