Paytaxt sənayesində qeyri-dövlət sektorunun payı 82 faiz olub

Bakı, 24 sentyabr, ARHD.AZ






Paytaxt sənayesində qeyri-dövlət sektorunun payı 82 faiz olub


Cari ilin yanvar-avqust aylarında Bakıda sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 34 milyard manat təşkil edib.

Bakı Şəhər Statistika İdarəsindən ARHD.AZ-a bildirilib ki, sənaye məhsulunun 74,2 faizi mədənçıxarma, 22,5 faizi emal, 2,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Sənayedə qeyri-dövlət sektorunun payı 82,1 faiz olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 89,2 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 10,8 faiz təşkil edib. İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 1 sentyabr 2025-ci il vəziyyətinə 461,9 milyon manatlıq hazır məhsul ehtiyatı olub.

Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 99,2 milyon manat məbləğində digər məhsullar da mövcud olub

Baxış sayı: 7 659

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə