Bakı, 7 fevral, ARHD.AZ


Türkmənistanda “Made in Azerbaijan” brendi məhsullarının onlayn satışına başlanılıb.

Azərbaycanın Türkmənistandakı səfirliyindən  ARHD.AZ a bildirilib ki, Azərbaycan məhsulları Türkmənistandakı üç böyük onlayn platformada – “GiperTM”, “Ynamdar” və “AshgabatMarket”də satışa çıxarılıb.

Bu platformalar böyük bir istehlakçı auditoriyasına malik olduğu yerlərdir. İlkin olaraq, müxtəlif kateqoriyalarda məhsullar, o cümlədən çaylar, mürəbbələr, meyvə suları və digər konservləşdirilmiş qidalar təbii tərkibi və yüksək keyfiyyəti ilə alıcılara onlayn platformalarda təqdim edilir.

“Made in Azerbaijan” brendi məhsullarının Türkmənistan bazarında satışının onlayn formatda təqdim edilməsi onların daha geniş auditoriyaya çatmasına və daha çox müştəriyə əlçatan olmasına xidmət edir. Azərbaycanın istehsal etdiyi məhsullar təbii tərkibi və yüksək keyfiyyəti ilə türkmən alıcılarının diqqətini cəlb etməsinə imkan yaradır.

Satışda olan Azərbaycan məhsulları türkmən alıcıları tərəfindən keyfiyyət və qiymət baxımından rəğbətlə qarşılanır. Xüsusilə orqanik tərkibdə Azərbaycan çaylarının təbii qatqılarla zəngin olması istehlakçıların marağını daha çox cəlb edir.

Baxış sayı: 6 544

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]