Bakı, 18 avqust, ARHD.AZ



SOCAR və CIMA arasında anlaşma memorandumu imzalanıb


SOCAR ilə İdarəetmə Mühasibləri üzrə Peşəkar Sertifikatlaşdırma Təşkilatı (CIMA – The Chartered Institute of Management Accountants) arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

Şirkətdən ARHD.AZ-a bildirilib ki, memorandum CIMA-nın Londonda yerləşən Baş ofisində SOCAR-ın vitse-prezidenti Zaur Qurbanov və CIMA-nın icraçı direktoru Endryu Hardinq tərəfindən imzalanıb.

Sənəd maliyyə və idarəetmə sahələrində bilik və bacarıqların inkişaf etdirilməsi, beynəlxalq standartlara uyğun korporativ idarəetmə və mühasibatlıq praktikasının təşviq olunması, həmçinin SOCAR-ın maliyyə funksiyalarının daha da gücləndirilməsi məqsədi daşıyır.

Layihə çərçivəsində gələcəkdə birgə təlim proqramlarının təşkili, sertifikatlaşdırma təşəbbüsləri və müvafiq sahələr üzrə təcrübə mübadilələrinin həyata keçirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, dünyada idarəetmə mühasibatlığı üzrə aparıcı peşəkar təşkilatlardan biri olan CIMA 1919-cu ildə Böyük Britaniyada təsis edilib. Hazırda dünyanın 170-dən çox ölkəsində fəaliyyət göstərən CIMA maliyyə rəhbərləri və menecerləri üçün yüksəksəviyyəli təlim və sertifikatlaşdırma xidmətləri təqdim edir. CIMA, həmçinin ABŞ Sertifikatlaşdırılmış İctimai Mühasiblər İnstitutu (AICPA - The American Institute of Certified Public Accountants) ilə birlikdə beynəlxalq səviyyədə tanınan “Sertifikatlaşdırılmış Qlobal İdarəetmə Mühasibi” (CGMA - Chartered Global Management Accountant) sertifikatının da təsisçisidir.

Baxış sayı: 6 576

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə