Neft məhsullarının istehsalı 1,4 faiz artıb

Bakı, 15 avqust, ARHD.AZ




Neft məhsullarının istehsalı 1,4 faiz artıb


Neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 3060,3 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,4 faiz artıb.

Dövlət Statistika Komitəsindən ARHD.AZ-a bildirilib ki, neft məhsullarından ağ neft istehsalı 10,6 faiz, qazoylların (dizel yanacağının) istehsalı 3,9 faiz, neft koksunun istehsalı 5,8 faiz artıb, avtomobil benzini istehsalı 3,8 faiz, sürtkü yağları istehsalı isə 42,2 faiz azalıb.

Kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 1306,2 milyon manatlıq məhsul istehsal edilib, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əczaçılıq məhsullarının istehsalı 81,3 faiz, kimya sənayesi məhsullarının istehsalı 10,7 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı isə 5,3 faiz artıb.

Kimya sənayesi məhsullarından polietilen istehsalı 9,2 faiz, etilen istehsalı 8,1 faiz, lak-boya məmulatlarının istehsalı 6,5 faiz, karbamid istehsalı 1,9 faiz, rezin və plastik kütlə məmulatlarından plastmas, çubuqlar, millər və profillər istehsalı 37,4 faiz, plastmasbutulkalar, flakonlar və oxşar məmulatlar istehsalı 18,5 faiz artıb, sərt plastmasdan borular, borucuklar, qolçaqlar və şlanqlar istehsalı 0,2 faiz azalıb.

Baxış sayı: 6 792

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə