Azərbaycanda son 6 ayda kreditlərin 94,2 faizi banklar tərəfindən verilib

Bakı, 15 avqust, ARHD.AZ




Azərbaycanda son 6 ayda kreditlərin 94,2 faizi banklar tərəfindən verilib


Mərkəzi Bankın təqdim etdiyi məlumata görə 2025-ci il iyul ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli əvvəlki ilin eyni dövrü ilə müqayisədə 12 faiz artaraq, milli valyuta ekvivalentində 30 milyard 231,8 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən ARHD.AZ-a bildirilib ki, ümumi kredit portfelinin 25 milyard 322,6 milyon manatı və ya 83,8 faizi uzunmüddətli kreditlərin payına düşüb. Kreditlərin 94,2 faizi banklar, 5,8 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib.

Ödəmə vaxtı keçmiş kreditlərin məbləği il ərzində 16,8 faiz artaraq 527,4 milyon manat olmuş və ümumi kredit portfelinin 1,7 faizini təşkil edib.

Baxış sayı: 6 549

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə