“AzerGold” və onun törəmə şirkətlərinin ötən ilin yekunlarına dair maliyyə nəticələri açıqlanıb

Bakı, 4 avqust, ARHD.AZ



“AzerGold” və onun törəmə şirkətlərinin ötən ilin yekunlarına dair maliyyə nəticələri açıqlanıb


“AzerGold” QSC-nin və onun törəmə şirkətləri - “Daşkəsən Dəmir Filiz” MMC və “AzerBlast” MMC-nin 2024-cü ilin yekunlarına dair maliyyə hesabatları açıqlanıb.

QSC-dən ARHD.AZ-a bildirilib ki, beynəlxalq nüfuzlu müstəqil auditor şirkəti - “PricewaterhouseCoopers” tərəfindən aparılan maliyyə yoxlamaları nəticəsində müsbət auditor rəy verilən maliyyə hesabatlarına əsasən, səhmdar cəmiyyətin və onun törəmə şirkətlərinin birgə maliyyə nəticələrində pozitiv tendensiyalar qeydə alınıb.

Ötən ili də yüksək gəlir və mənfəətlə başa vuran cəmiyyət bütün göstəricilər üzrə mövqeyini daha da möhkəmləndirib.

Ümumilikdə, 2023-cü illə müqayisədə satış gəlirləri 2024-cü ildə 35 faiz artaraq 182,69 milyon dollar səviyyəsinə yüksəlib. Hesabat ilində qiymətlilərin satış həcmi 9 faiz artaraq 70,5 min unsiya qızıl və 97,5 min unsiya gümüş təşkil edib.

2024-cü ildə istehsalat həcmi və satış gəlirlərinin artması nəticəsində “AzerGold” QSC və onun törəmə şirkətlərinin əməliyyat mənfəətini xarakterizə edən EBITDA göstəricisi 27,5 faiz artaraq 89,88 milyon dollar səviyyəsində qeydə alınıb. Nəticədə xalis mənfəət 2023-cü illə müqayisədə hesabat ilində 21,3 faiz artaraq 33,02 milyon dollar təşkil edib.

Səhmdar cəmiyyətin 2024-cü il üzrə ümumi aktivlərinin dəyəri 488,35 milyon dollar təşkil edib, bu əvvəlki ilin analoji göstəricisi ilə müqayisədə 4,3 faiz artıma bərabərdir.

Həmçinin “AzerGold” QSC və onun törəmə şirkətlərinin 2024-cü ildə xalis dövriyyə kapitalı 3,1 faiz artaraq 105,22 milyon dollar, ümumi kapitalı 26 faiz artaraq 399,78 milyon dollar təşkil edib.

“AzerGold” QSC və onun törəmə şirkətlərinin 2024-cü il üzrə göstəriciləri dövlət şirkətinin və onun törəmə şirkətlərində yüksək maliyyə dayanıqlığının mövcudluğunu təsdiqləyir.

2024-cü il üzrə konsolidə edilmiş maliyyə nəticələri ilə ətraflı tanış olmaq üçün linkə keçid edə bilərsiniz.

Baxış sayı: 5 683

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə