Bakı, 23 iyul, ARHD.AZ




SOCAR-ın prezidenti "Emerson Electric Co." şirkətinin Avropa regionu üzrə prezidenti ilə görüşüb


İyulun 23-də SOCAR-ın prezidenti Rövşən Nəcəf "Emerson Electric Co." şirkətinin Avropa regionu üzrə prezidenti Con Nita ilə görüşüb.

SOCAR-dan ARHD.AZ-a bildirilib ki, görüşdə şirkətlər arasında neft-qaz sənayesinin rəqəmsallaşdırılması və avtomatlaşdırılması, “ağıllı” monitorinq sistemlərinin tətbiqi məsələləri nəzərdən keçirilib.

Söhbət zamanı bərpaolunan enerji layihələri, emissiyaların azaldılması, enerji səmərəliliyinin artırılması və davamlı texnoloji həllərin tətbiqi istiqamətlərində əməkdaşlıq imkanları müzakirə olunub.

Baxış sayı: 4 548

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə