“Mersedes” dünyada 223 min “Viano” və “Vito” modelini texniki nasazlığa görə geri çağırır

Berlin, 21 iyul, ARHD.AZ




“Mersedes” dünyada 223 min “Viano” və “Vito” modelini texniki nasazlığa görə geri çağırır


“Mersedes-Benz” şirkəti 2002-ci ilin dekabrından 2006-cı ilin fevralınadək istehsal olunmuş “Viano” və “Vito” model 223 min avtomobili texniki nasazlığa görə geri çağırır. Həmin avtomobillərin 60 mindən çoxu Almaniyadadır.

ARHD.AZ “Spiegel” qəzetinə istinadla xəbər verir ki, buna səbəb həmin avtomobillərin hava yastığı sistemində qüsurun olmasıdır. Belə ki, “airbag” açıldığı zaman metal parçaların qopması səbəbilə xəsarət riskinin mövcud olduğu aşkar edilib.

Şirkət müştərilərin geriçağırılma barədə yazılı şəkildə məlumatlandırılacağını bildirib. Problemin aradan qaldırılması üçün “Mersedes-Benz”in xidmət mərkəzləri müvafiq avtomobillərdə hava yastığını yoxlayacaq və lazım gələrsə dəyişəcək. Təmir prosesi təxminən bir saat çəkəcək və avtomobil sahibləri üçün ödənişsiz olacaq.

Baxış sayı: 6 692

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə