Maliyyə Nazirliyi tərəfindən növbəti depozit hərracı keçirilib

Bakı, 18 iyul, ARHD.AZ



Maliyyə Nazirliyi tərəfindən növbəti depozit hərracı keçirilib


Maliyyə Nazirliyi tərəfindən dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması məqsədilə xəzinə hesabının milli valyutada olan vəsaitlərinin yerli banklarda depozitə yerləşdirilməsi üçün növbəti depozit hərracı təşkil edilib.

Maliyyə Nazirliyindən ARHD.AZ-a bildirilib ki, hərracın nəticələrinə əsasən, xəzinə hesabının 500 milyon manat həcmində qalığı kapitallaşma və aktivlərinin məbləği səviyyəsinə görə ölkənin ən iri beş bankından təklif təqdim edən üç bankında 28 gün müddətinə, 7,25 faiz orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib.

Baxış sayı: 6 669

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə