Britaniya şirkəti Azərbaycanda qızıl istehsalını artırıb

Bakı, 15 iyul, ARHD.AZ



Britaniya şirkəti Azərbaycanda qızıl istehsalını artırıb


Azərbaycanda qiymətli və xammal metalı yataqlarının işlənib hazırlanması ilə məşğul olan “Anglo Asian Mining PLC” (AAM) şirkəti cari ilin birinci yarımili üzrə hesabatını açıqlayıb.

ARHD.AZ hesabata istinadla xəbər verir ki, birinci yarımil üzrə ölkədə ümumi qızıl hasilatı 12,115 unsiya təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə (2024-cü ilin birinci yarısı: 4,704 unsiya) 2,6 dəfə artım deməkdir.

Hesabata əsasən, ikinci rüb ərzində şirkət 8,293 unsiya qızıl istehsal edib və xalis borcunu daha da azaldaraq nağd pul vəsaitlərinin artımını davam etdirib. Qeyd olunan dövrdə 6,086 unsiya qızıl hasilatı olub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə (2024-cü ilin II rübü: 2,438 unsiya) 2,5 dəfə çoxdur.

Qeyd edək ki, “Anglo Asian Mining PLC” Azərbaycanda yüksəkkeyfiyyətli hasilat və kəşfiyyat aktivləri portfelinə malik qızıl, mis və gümüş istehsalçısıdır. Şirkət ötən il ölkədə 16,760 unsiya qızıl hasil edib. Ətraf mühitlə bağlı məhdudiyyətlər səbəbindən hasilat 2024-cü ildə ciddi şəkildə azalmasına baxmayaraq, ilin sonuna qədər hasilat tamamilə bərpa olunub.

Baxış sayı: 4 350

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə