Bu ilin ilk altı ayında Türkiyənin hava nəqliyyatından 108,8 milyon sərnişin istifadə edib

İstanbul, 10 iyul, ARHD.AZ



Bu ilin ilk altı ayında Türkiyənin hava nəqliyyatından 108,8 milyon sərnişin istifadə edib


Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bu ilin ilk 6 ayında ölkənin hava nəqliyyatından 108,8 milyon sərnişinin istifadə etdiyini bildirib.

ARHD.AZ xəbər verir ki, nazir Uraloğlu bu barədə “X” sosial şəbəkəsində etdiyi paylaşımda yazıb.

“Türkiyə aviasiyada zirvəyə uçur” sözləri ilə paylaşım edən nazir bildirib ki, bu rəqəm Avropa İttifaqına üzv 17 ölkənin ümumi əhalisinin sayından daha çoxdur.

Qeyd edilib ki, eyni dövr ərzində Türkiyə aeroportlarında 1 milyon 134 min 447 təyyarə hərəkət edib.

Baxış sayı: 6 553

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə