OPEC+ gündəlik neft hasilatını yarım milyon barel artıracaq

Vyana, 5 iyul, ARHD.AZ



OPEC+ gündəlik neft hasilatını yarım milyon barel artıracaq


OPEC və qeyri-OPEC ölkələrini birləşdirən OPEC+ alyansı avqust ayı üçün gündəlik neft hasilatını 548 min barel artırmaq barədə razılığa gəlib.

ARHD.AZ xəbər verir ki, təşkilat bu qərarı qlobal iqtisadiyyatın sabit proqnozları və bazarın möhkəm əsasları, o cümlədən neft ehtiyatlarının aşağı səviyyəsi ilə əsaslandırıb.

Hasilat artımı OPEC+ alyansının səkkiz üzvü - Səudiyyə Ərəbistanı, BƏƏ, Küveyt, Oman, İraq, Qazaxıstan, Əlcəzair və Rusiya tərəfindən həyata keçiriləcək.

Razılaşdırılmış həcmdə artım əvvəlki aylara nisbətən hasilatın sürətlənməsini göstərir. Təşkilat artıq may, iyun və iyul aylarında hasilatı əvvəlcədən planlaşdırılandan daha çox – hər ay üçün gündəlik 411 min barel artırmışdı. Bu artım neft qiymətlərində azalma tendensiyasına baxmayaraq, həyata keçirilmişdi. Ekspertlərin rəyinə görə, bu addım bazar payını geri qazanmaq və ABŞ Prezidenti Donald Trampın benzin qiymətlərinin aşağı salınması tələbinə cavab kimi dəyərləndirilə bilər.

Hazırda OPEC+ dünya üzrə istehsal olunan neftin təxminən yarısını təmin edir.

Baxış sayı: 3 217

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə