Orta Dəhlizlə yükdaşımaların həcmi 62 faiz artıb

Astana, 27 iyun, ARHD.AZ




Orta Dəhlizlə yükdaşımaların həcmi 62 faiz artıb


2024-cü ildə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TITR) üzrə yükdaşımaların həcmi əvvəlki illə müqayisədə 62 faiz artaraq 4,5 milyon tona çatıb.

ARHD.AZ Qazaxıstan hökumətinin mətbuat xidmətinə istinadla xəbər verir ki, tranzit axını xüsusilə nəzərəçarpacaq artım nümayiş etdirib: ümumi tranzit həcmi 4 dəfə, Çindən tranzit isə 28 dəfə artıb.

Bundan əlavə, bildirilir ki, nəqliyyat infrastrukturunun inkişafı çərçivəsində 2024-cü ildə Almatı, Qızılorda və Şımkənd hava limanlarında üç yeni terminal istifadəyə verilib.

Orta Dəhliz kimi tanınan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə ərazisindən keçməklə Çin ilə Avropa ölkələrini birləşdirir.

Baxış sayı: 6 378

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə