Əsas kapitala yönəldilmiş investisiyaların 78 faizi tikinti-quraşdırma işlərinə sərf olunub

Bakı, 17 iyun, ARHD.AZ




Əsas kapitala yönəldilmiş investisiyaların 78 faizi tikinti-quraşdırma işlərinə sərf olunub


Cari ilin yanvar-may aylarında əsas kapitala 6 milyard 694,6 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,8 faiz az investisiya yönəldilib.

Dövlət Statistika Komitəsindən ARHD.AZ-a bildirilib ki, neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 21,9 faiz azalıb, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 11,7 faiz artıb.

İstifadə olunmuş investisiyanın 3 milyard 363 milyon manatı və ya 50,2 faizi məhsul istehsalı sahələrinə, 2 milyard 236,8 milyon manatı (33,4 faizi) xidmət sahələrinə, 1 milyard 94,8 milyon manatı (16,4 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Əsas kapitala yönəldilmiş investisiyaların 5 milyard 48,7 milyon manatını və ya 75,4 faizini daxili investisiyalar təşkil edib. Əsas kapitala yönəldilmiş investisiyaların 5 milyard 231,4 milyon manatı və ya 78,1 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Baxış sayı: 5 543

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə