
Bakı, 13 may, ARHD.AZ
Mayın 13-də Bakıda Avropa və MDB Poçt Liderlərinin I Forumu işə başlayıb. Forum çərçivəsində İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) İdarə Heyətinin sədri Nail Mərdanov Ümumdünya Poçt İttifaqının (ÜPİ) baş direktorunun müavini Marjan Osvald ilə görüşüb.
ARHD.AZ xəbər verir ki, görüşdə ÜPİ ilə İKTA arasında ölkədə poçt sektorunun inkişafı, eləcə də poçt qanunvericiliyi sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib. Bu sahədə tənzimləyici bazanın gücləndirilməsi, investisiyaların təşviqi, xidmətlərin keyfiyyətinin və əlçatanlığının artırılmasına dair fikir mübadiləsi aparılıb.