
Bakı, 23 aprel, ARHD.AZ
2024-cü il aqrar sığorta sistemi üçün bir kütləviləşmə ili olub. Hazırda ölkənin kənd təsərrüfatı təyinatlı ərazilərinin hər il 30 faizi sığorta təminatı əldə edir və sığortalanır. Bu, orta hesabla hər il 450 min hektar əkin sahəsinin sığortalanması deməkdir.
ARHD.AZ xəbər verir ki, bunu Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov aprelin 23-də parlamentdə keçirilən “Aqrar sektorda sahibkarlığa dəstək: nəticələr və perspektivlər” mövzusunda ictimai dinləmədə çıxışı zamanı bildirib.
O qeyd edib ki, aqrar ÜDM-in və aqrar istehsalın 8 faizi hər il sığortalanır və fond hər il orta hesabla 500 milyon manatlıq sığorta öhdəliyi götürür. 2024-cü ildə bağlanmış müqavilələrin sayı artıq 57 mini ötüb. Son illərdə zərər ödənişləri ümumilikdə 15 milyon manatı keçib və bu məbləğ birbaşa istehsalçılara fəaliyyətlərini davam etdirmək üçün ödənilib.