Bakı, 23 aprel, ARHD.AZ


Bu il biz ölkələrimiz arasında Dostluq və Strateji Əməkdaşlıq Haqqında müqavilənin 20 illiyini qeyd edirik. Qlobal müharibələrin getdiyi dövrdə bu dostluq və əməkdaşlığın böyük əhəmiyyəti var.

ARHD.AZ xəbər verir ki, bunu Qazaxıstan Strateji Araşdırmalar İnstitutunun direktoru Erkin Tukumov Bakıda keçirilən Azərbaycan-Qazaxıstan Ekspert Şurasının IV iclası çərçivəsində bildirib.

E.Tukumov iki ölkə arasında iqtisadi əməkdaşlıqdan danışaraq ticarət dövriyyəsində qeydə alınan artımın davam etdiyini vurğulayıb.

“Ümumilikdə isə biz infrastruktur layihələrinə fokuslanmalıyıq. Bu ilin ortalarında Çinə yükdaşımaların həcmini artıracaq dəmir yolu xəttinin inşasını başa çatdırmağı planlaşdırırıq. Azərbaycan həm Mərkəzi, həm də Cənubi Asiya ilə əməkdaşlığın inkişafında maraqlıdır. Qazaxıstan Azərbaycanın Cənubi Qafqaz regionuna yükdaşımaların həcminin artırılması istiqamətindəki səylərini dəstəkləyir. Son bir il ərzində Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə daşımaların həcmi 62 faiz artaraq ildə 4,5 milyon tona çatıb. İnfrastrukturun yenilənməsinə diqqət yetirilməlidir. Qazaxıstan artıq dəmir yollarının, limanların və turizm hablarının modernləşdirilməsinə 35 milyard dollardan çox investisiya yatırıb”, - deyə o qeyd edib.

 

Baxış sayı: 4 509

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə