Bakı, 16 aprel, ARHD.AZ


Cavid Qənbər oğlu Qurbanov

Ölkənin tranzit potensialının artması və Avrasiyanın nəqliyyat qovşağına çevrilməsi istiqamətində müvafiq addımlar atılır.

ARHD.AZ xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanov “Nəqliyyat İnfrastrukturunun inkişafına dair sual və təkliflərin müzakirəsi” mövzusunda keçirilən “Milli Biznesin İnkişafı Forumunun ilk sessiyası”nda bildirib.

Cavid Qurbanov bildirib ki, son dövrlər yaranmış geosiyasi vəziyyət Azərbaycanın beynəlxalq daşımalar sahəsində strateji əhəmiyyətini daha da artırıb. Onun sözlərinə görə, Azərbaycan ərazisində keçən tranzit yüklərin həcmində kəskin artım müşahidə olunur.

“Azərbaycanda nəqliyyat infrastrukturu sahəsində böyük islahatlar həyata keçirilir. Bu islahatların məqsədi həm dövlət, həm özəl sektorun birgə fəaliyyətini stimulaşdırmaq, innovativ həllər və rəqəmsal texnologiyalar tətbiq etməklə daha səmərəli bir sistem qurmaqdadır. Belə ki, son illər Azərbaycan iqtisadiyyatında nəqliyyat sahəsinin rolu ciddi dərəcədə artıb və bu sahənin ÜDM-də payı 6,5 faizə qədər yüksəlib. Bundan əlavə, ölkə ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin üzərində yerləşən magistral yollar birinci texniki səviyyədə yenidən qurulur”, - deyə o qeyd edib.

 

Baxış sayı: 6 380

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə