Nazirlik: ÜDM-in real artım tempinin orta illik 3,8 faiz olacağı planlaşdırılır

Bakı, 15 aprel, ARHD.AZ




Nazirlik: ÜDM-in real artım tempinin orta illik 3,8 faiz olacağı planlaşdırılır


Proqnozlara əsasən, 2026-cı ilin sonuna ÜDM-in həcmi 135,7 milyard manat, o cümlədən qeyri-neft/qaz ÜDM-in həcmi 101,3 milyard manat təşkil edəcəyi, 2029-cu ildə isə ÜDM-in 162,6 milyard manata qədər, o cümlədən qeyri-neft/qaz ÜDM-in həcmi 129,1 milyard manata qədər artacağı gözlənilir.

ARHD.AZ xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi tərəfindən hazırlanan 2026-2029-cu illəri əhatə edən Ortamüddətli Büdcə Çərçivəsində məlumat verilib.

“Ortamüddətli dövrdə ÜDM-in real artım tempinin orta illik 3,8 faiz, qeyri-neft/qaz ÜDM-in 5,1 faiz olacağı proqnozlaşdırılır. 2025-ci ildə neft-qaz sektoru üzrə ÜDM-in real ifadədə 1,2 faiz artacağı proqnozlaşdırılır. 2029-cu ildə ÜDM-in tərkibində qeyri-neft/qaz sektorunun payının artaraq 79,4 faizə çatacağı, neft-qaz sektorunun payının isə 20,6 faizə bərabər olacağı proqnozlaşdırılır”, - deyə hesabatda bildirilir.

Qeyd edək ki, cari ildə ÜDM-in tərkibində qeyri-neft-qaz sektorunun payının 71,3 faiz olacağı gözlənilir.

Baxış sayı: 4 544

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə