®  “MyGov.az”la inteqrasiya “ABB Home”da ipoteka kreditini daha da rahat və əlçatan edib


® “MyGov.az”la inteqrasiya “ABB Home”da ipoteka kreditini daha da rahat və əlçatan edib


Universal maliyyə xidmətlərinin müştərilər üçün daha rahat və əlçatan olması üçün ABB inteqrasiya proseslərini davam etdirir. Bank “MyGov.az” platforması ilə inteqrasiya proseslərini də uğurla həyata keçirib.

Azərbaycanın rəqəmsal hökumət platforması olan “MyGov.az” ABB-nin xidmətlərindən istifadə zamanı heç bir əlavə vaxt sərf etmədən bütün vacib sənədlərə və dövlət xidmətlərinə rəqəmsal formada çıxış imkanı yaradır.

Bu yenilik “ABB Home”da ipoteka krediti üçün müraciət zamanı da müştəriyə geniş imkanlar verir. Belə ki, ABB-nin xidmətlərinin “MyGov.az”la inteqrasiyası sayəsində ölkəmizdə ilk dəfə olaraq müştərilər ipoteka krediti üçün tələb olunan aşağıdakı sənədləri də artıq heç bir yerə getmədən birbaşa “İpoteka kabineti”ndən əldə edə bilirlər:

1. Ailə tərkibi haqqında məlumat

2. Subaylıq haqqında məlumat

3.Nikahın bağlanması haqqında məlumat

4.Nikahın pozulması haqqında məlumat

Qeyd edək ki, bundan başqa, iş yeri və gəlirə dair məlumatı, həmçinin şəxsiyyət vəsiqəsi məlumatını da “İpoteka kabineti”ndən almaq mümkündür.

18 yaşı tamam olmuş hər bir vətəndaşımız abbhome.az saytındakı “İpoteka kabineti”ndə qeydiyyatdan keçib, ona ayrıla biləcək daxili ipoteka krediti məbləğini öyrənmək, kredit məhsulu üçün onlayn müraciət etmək imkanına malikdir.

Müştərilər “İpoteka kabineti”ndə müraciətlərinin icrası prosesini addım-addım izləyə və kreditin filialda rəsmiləşdirilməsi mərhələsinədək olan bütün əməliyyatları kabinetdə icra edə bilərlər. “İpoteka kabineti”ndə ABB-də mövcud olan ipoteka kreditləri barədə bütün məlumatları əldə etmək, kredit ödənişini rahat şəkildə həyata keçirmək olar.

ABB-nin öz tərəfdaşları ilə birgə yaratdığı bu yeniliklər Azərbaycanda rəqəmsal xidmət ekosisteminin inkişafına mühüm töhfələr verir.

ABB-nin müasir, faydalı, universal məhsul və xidmətləri barədə məlumatları bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi feysbuk səhifəsindən əldə etmək olar.

Baxış sayı: 6 567

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə