Bakı, 4 aprel, ARHD.AZ




SOCAR-ın prezidenti “Chimcomplex S.A.” şirkətinin İdarə Heyətinin sədri ilə görüşüb


SOCAR-ın prezidenti Rövşən Nəcəf Rumıniyanın “Chimcomplex S.A.” şirkətinin İdarə Heyətinin sədri Ştefan Vuza ilə görüşüb.

SOCAR-ın mətbuat xidmətindən ARHD.AZ-a bildiriblər ki, görüşdə şirkətlər arasındakı mövcud əlaqələrin önəmi qeyd olunub, keçirilmiş görüşlər zamanı aparılan müzakirələrin əhəmiyyəti vurğulanıb.

Söhbət zamanı şirkətlərin ümumi fəaliyyəti və planları barədə məlumat verilib, neft-kimya sahəsində əməkdaşlıq imkanları müzakirə edilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Baxış sayı: 4 433

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə