Azərbaycanı Beynəlxalq Startap Yarışmasında təmsil edəcək startap müəyyən edilib

Bakı, 3 aprel, ARHD.AZ



Azərbaycanı Beynəlxalq Startap Yarışmasında təmsil edəcək startap müəyyən edilib


İllik İnvestisiya Toplantısı (“AIM Congress”) çərçivəsində təşkil olunacaq Beynəlxalq Startap Yarışmasında ölkəmizi təmsil edəcək startap müəyyən edilib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) ARHD.AZ-a verilən məlumata görə, müsabiqəyə təqdim edilmiş 44 layihə arasından seçilən CLIMASEL layihəsi “AIM Congress”in Milli Turunun qalibi kimi ölkəmizi aprelin 7-9-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində təmsil edəcək.

Binalar üçün ağıllı panel istehsalı layihəsi olan CLIMASEL dünyanın 100-dən çox ölkəsindən olan startaplarla birgə xarici investorlara təqdim olunaraq, investisiya qazanmaq şansı əldə edəcək.

Qeyd olunub ki, Beynəlxalq Startap Yarışmasında Azərbaycanı təmsil edəcək startapın seçilməsi məqsədilə cari ilin fevral-mart aylarında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Milli Tur keçirilib. Müsabiqəyə yaşıl texnologiya, kibertəhlükəsizlik, mobillik əlavə edilmiş və virtual reallıq, sağlamlıq texnologiyası kimi sahələr üzrə 44 layihə təqdim edilib.

Münsiflər heyəti tərəfindən milli turun qalibi kimi CLIMASEL seçilib. CLIMASEL “AIM Congress” çərçivəsində tədbirin sosial şəbəkə hesablarında təşviq olunacaq, tədbir məkanına ödənişsiz daxil olmaq imkanı əldə edəcək və Beynəlxalq Startap Yarışmasında startapını investorlara təqdim etməsi üçün stendlə təmin ediləcək.

Baxış sayı: 4 532

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

infoagency@arhd.az

Məzənnə