18 mart 2025-ci il   ARHD.AZ

PRESS-RELİZ

bp şirkəti ilə əməkdaşlığın perspektivləri müzakirə edilib

İqtisadiyyat Nazirliyində bp şirkətinin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrellə görüşdə əməkdaşlığın yeni prioritetləri, həmçinin karbonsuzlaşma sahəsində işbirliyi imkanlarını müzakirə olunub.

İqtisadiyyat naziri Mikayıl Cabbarov bp şirkətinin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrellə görüşüb.

Azərbaycan və şirkət arasında uzun illər davam edən uğurlu əməkdaşlıq məmnunluqla vurğulanıb. bp-nin Azərbaycanın enerji sektorunun inkişafına verdiyi töhfələr, o cümlədən son illər ölkəmizdə bərpaolunan enerji mənbələri üzrə layihələrə dəstəyi yüksək qiymətləndirilib. Uğurlu əməkdaşlığın bundan sonra da tərəflərə fayda gətirəcəyinə əminlik ifadə edilib.

Görüşdə bp-nin Azərbaycanda hazırda davam edən əməliyyatlar və birgə layihələrlə bağlı əməkdaşlığa sadiqliyi diqqətə çatdırılıb. Qurumun Azərbaycandakı fəaliyyəti və perspektivlərlə bağlı fikir mübadiləsi aparılıb. Əməkdaşlığın yeni prioritetləri, həmçinin karbonsuzlaşma sahəsində işbirliyi imkanları müzakirə olunub.

Baxış sayı: 8 804

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə