Ötən il ölkənin xalis maliyyə aktivləri artıb

Bakı, 18 mart, ARHD.AZ



Ötən il ölkənin xalis maliyyə aktivləri artıb


Cari il üzrə ölkənin xalis maliyyə aktivləri 2 milyard 707,6 milyon dollar artıb.

ARHD.AZ Mərkəzi Banka istinadla xəbər verir ki, bu göstərici xaricə yönəldilmiş birbaşa investisiyalar (742,4 milyon dollar), portfel investisiyaları (700,4 milyon dollar) və digər investisiyalar (1 milyard 264,8 milyon dollar) hesabına formalaşıb.

Hesabat dövründə ölkənin xalis maliyyə öhdəlikləri isə 2 milyard 293,5 milyon dollar azalıb ki, bu da xaricdən cəlb olunmuş birbaşa investisiyalar (-226,5 milyon dollar), neft bonusu (457,8 milyon dollar), portfel investisiyaları (-960,9 milyon dollar) və digər investisiyalar (-1 milyard 563,9 milyon dollar) hesabına formalaşıb.

Baxış sayı: 5 464

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə