Bakı-Tbilisi-Ərzurum kəməri ilə 3 milyard kubmetrdən çox qaz nəql olunub

Bakı, 17 mart, ARHD.AZ


Yanvar-fevral aylarında Azərbaycandakı magistral təbii qaz kəmərləri ilə 7 milyard 108,3 milyon kubmetr təbii qaz nəql edilib və əvvəlki ilin eyni aylarına nisbətən 3,2 faiz azalma müşahidə olunub.

Dövlət Statistika Komitəsindən ARHD.AZ-a verilən məlumata görə, iki ayda qaz nəqlinin 48 faizi Bakı-Tbilisi-Ərzurum (Cənubi Qafqaz Boru Kəməri - CQBK) boru kəməri vasitəsilə həyata keçirilib və bu kəmərlə təbii qaz nəqli 4,83 faiz azalaraq 3 milyard 412,9 milyon kubmetr təşkil edib.

Baxış sayı: 3 509

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə