Vitse-prezident: SOCAR-ın milli enerji şirkətinə çevrilməsini qarşımıza məqsəd qoymuşuq
Bakı, 3 mart, ARHD.AZ
SOCAR ənənəvi neft-qaz şirkətidir. Növbəti 10 il ərzində SOCAR-ın təkcə neft və qaz deyil, milli enerji şirkətinə çevrilməsini qarşımıza məqsəd qoymuşuq.
AZƏRTAC xəbər verir ki, bu sözləri vitse-prezidentin müavini Teymur Quliyev Milli Məclisdə keçirilən “Enerji səmərəliliyi: nəticələr və gözləntilər” mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, enerji şirkəti deyəndə bugünkü günə olan neft və qaz əməliyyatlarına əlavə olaraq onların daha çox şaxələndirilməsi, həm coğrafi olaraq, həm də aşağıkarbonlu enerji həllərinin təqdim olunması nəzərdə tutulur: “SOCAR-ı 2050-ci ilədək yerli, regional deyil, qlobal miqyasda enerji təhlükəsizliyinə və iqlim davamlılığına töhfə verən enerji şirkəti kimi görürük”.