®  Azərbaycan biznesini dünya miqyasında tanıtmaq üçün “New Media” ilə “AWE Consulting” arasında memorandum imzalanıb

“New Media” Agentliyi ilə “Kotler Impact” strateji marketinq icmasının MDB ölkələrində eksklüziv nümayəndəsi olan “AWE Consulting” şirkəti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Bu strateji addım iqtisadiyyatın əsas sektorlarında fəaliyyət göstərən ən innovativ və dayanıqlı Azərbaycan şirkətlərini beynəlxalq arenada tanıtmaq və nümayiş etdirmək məqsədi daşıyır.

“New Media” şirkətinin rəhbəri Rasim Davudov ilə görüşdə “AWE Consulting” şirkətinin baş direktoru və təsisçisi Tata Çolariya dünyaşöhrətli marketinq nəzəriyyəçisi Filip Kotlerin rəhbərlik etdiyi və 100-dən çox ölkəni əhatə edən qlobal təşəbbüsdən danışıb. O qeyd edib ki, “AWE Consulting” dayanıqlı inkişafa və sosial təsirə yönəlmiş regenerativ marketinq, qabaqcıl biznes strategiyaları və transformativ ideyalar üzrə ixtisaslaşmış qlobal konsaltinq şirkətidir.

“Essentials of Modern Marketing” (EOMM) layihəsi yerli biznes nailiyyətlərini qabaqcıl marketinq təcrübələri ilə birləşdirməyə yönəlmiş qlobal təşəbbüsdür. Azərbaycanda ölkənin ən yaxşı şirkətləri haqqında məlumatların yer alacağı kitabın nəşri beynəlxalq tanınma və tərəfdaşlıq üçün yeni imkanlar açacaq. Kitab, eyni zamanda, müxtəlif ölkələrdəki universitetlərin akademik proqramlarının bir hissəsi olacaq, bu da Azərbaycan şirkətlərinin iştirakı ilə bilik mübadiləsi və mövzu tədqiqatlarının yaradılmasına töhfə verəcək.

“New Media” Azərbaycan biznesinin innovativ həllərini beynəlxalq arenada nümayiş etdirmək və onun qlobal bazarda böyüməsini təşviq etmək məqsədi daşıyan bu layihəni dəstəkləyir. Azərbaycan və beynəlxalq auditoriya üçün kitabın nəşri ölkənin işgüzar dairələrinə uğurlu biznes nümunələri bölüşmək və qlobal platformada daha çox tanınmaq baxımından səmərəli imkan yaradacaq. Bu da öz növbəsində yeni tərəfdaşlıqlar, investisiyalar və bazar imkanlarının artırılması üçün perspektivlər yaradacaq.

Baxış sayı: 6 048

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə