
Bakı, 28 fevral, ARHD.AZ
SOCAR Somali ilə enerji sektorunun müxtəlif istiqamətlərində əməkdaşlığı müzakirə edib
SOCAR-ın prezidenti Rövşən Nəcəf Somalinin neft və mineral sərvətlər naziri Dahir Shire Mohamed ilə görüşüb.
SOCAR-dan ARHD.AZ-a bildirilib ki, görüşdə cari il fevralın 12-də Azərbaycan Prezidenti İlham Əliyev ilə Somalinin Prezidenti Hasan Şeyx Mahmud arasında keçirilən yüksəksəviyyəli görüşlərin ölkələrimiz arasında müxtəlif istiqamətlərdə, o cümlədən enerji sektorunda əməkdaşlıq üçün əlverişli zəmin yaratdığı xüsusi vurğulanıb.
Söhbət zamanı Somalidə neft-qaz sahəsində insan kapitalının inkişafı məqsədilə somalili tələbələrin BANM-də təhsil almaları, somalili mütəxəssislərin neft-qaz sahəsində bilik və təcrübələrinin artırılması üçün əməkdaşlıq imkanları nəzərdən keçirilib.
Görüşdə enerji sektorunun müxtəlif istiqamətlərində, o cümlədən axtarış-kəşfiyyat və treydinq istiqamətlərində mümkün əməkdaşlığın araşdırılması və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.