Ötən il Orta Dəhliz ilə daşımaların həcmi 33 dəfə artıb

Astana, 22 fevral, ARHD.AZ


Ötən il Orta Dəhliz ilə daşımaların həcmi 33 dəfə artıb


2025-ci ildə Ələt limanında terminalın, Almatıda logistika kompleksinin və Moskva vilayətinin Selyatino stansiyasında yeni CRK Terminal Logistika Mərkəzinin istifadəyə verilməsi planlaşdırılır.

ARHD.AZ-ın “Qazaxıstan Dəmir Yolu” SC-nin mətbuat xidmətinə istinadla verdiyi xəbərə görə, bu məsələ Çin Kommunist Partiyasının Partiya Komitəsinin katibi Sian Fanq Honqvey ilə SC-nin rəhbəri Nurlan Sauranbayev arasında keçirilən görüşdə müzakirə edilib.

Gələn il Svisloç stansiyasında (Belarus) və Budapeştdə (Macarıstan) logistik mərkəzlər və terminallar işə salınacaq.

Tərəflər qeyd ediblər ki, 2024-cü ildə Sian quru limanından Çin-Avropa marşrutu üzrə 5000-dən çox qatar göndərilib ki, bu da həmin yol ilə bütün daşımaların 25 faizini təşkil edir və tarixi rekorddur.

Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) əsas qovşağı olan Sian şəhərində birgə yük terminalının fəaliyyəti sayəsində ötən il daşımaların həcmi 33 dəfə artıb.

Baxış sayı: 2 343

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə