Nazir: Son 20 ildə səhiyyəyə ayrılan büdcə vəsaiti 30 dəfə artırılıb

Bakı, 22 fevral, ARHD.AZ


Nazir: Son 20 ildə səhiyyəyə ayrılan büdcə vəsaiti 30 dəfə artırılıb


Son 20 ildə səhiyyəyə ayrılan büdcə vəsaiti 30 dəfə artırılıb, 700-dən çox səhiyyə müəssisəsində təmir-tikinti işləri aparılıb. Həmin müəssisələrin 70 faizdən çoxu regionların payına düşür.

ARHD.AZ xəbər verir ki, bu sözləri səhiyyə naziri Teymur Musayev Azərbaycan Tibb Universitetinin urologiya kafedrasının 50 illik yubileyinə həsr olunmuş Azərbaycan Endouroloji Cəmiyyətinin II konqresinin rəsmi açılış mərasimində çıxışında bildirib.

"Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva vətəndaşların sağlamlığına həssaslıqla yanaşır, müxtəlif sosial təşəbbüslərlə çıxış etməklə yanaşı, həm də onlara dəstək verir. Səhiyyənin yeni maliyyələşmə mexanizmi olan icbari tibbi sığorta 2021-ci il aprelin 1-dən bütün respublika ərazisində tətbiq olunur. Xidmətlər zərfi çərçivəsində 3315 sayda tibbi xidmət göstərilir. Bu xidmətlər siyahısında müasir uroloji əməliyyatlar da yer alır", - deyə nazir qeyd edib.

Baxış sayı: 3 468

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə