Allahverən İsmayılov: İnformasiya təhlükəsizliyi sahəsində daha böyük uğurlara imza atacağıq

Bakı, 21 fevral, ARHD.AZ


Allahverən İsmayılov: İnformasiya təhlükəsizliyi sahəsində daha böyük uğurlara imza atacağıq


Bu gün informasiya təhlükəsizliyi bütün dünya dövlətlərinin, xüsusi xidmət orqanlarının bir nömrəli diqqət mərkəzində saxladıqları bir sahədir. Bu nöqteyi-nəzərdən, informasiya təhlükəsizliyinin hücumlardan, təhdidlərdən

qorunması hər bir dövlət orqanı kimi bizim xidmətin də çox vacib və əsas vəzifələrindən biridir.

ARHD.AZ xəbər verir ki, bu barədə jurnalistlərə açıqlaması zamanı Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəis müavini Allahverən İsmayılov deyib.

“Çünki biz bu sahədə mərkəzi icra hakimiyyəti rolunu orqanıyıq. Bu sahədə biz məsuliyyətimizi başa düşürük. Ona görə də ölkəmizdə informasiya təhlükəsizliyinin təmin olunması istiqamətində ciddi tədbirlər görülür. Gələcək illərdə biz informasiya təhlükəsizliyi sahəsində daha böyük uğurlara imza atacağıq”,- deyə A.İsmayılov vurğulayıb.

Ötən gün bir sıra media resursuna olan kiberhücumla bağlı Dövlət Xidmətinin rəis müavini deyib ki, belə hücumların qarşısı XRİTDX tərəfindən mütəmadi olaraq alınır: "Bu məsələlərdə diqqətli olmaq lazımdır. Açıq mənbələrdə elə bir məlumat yoxdur ki, informasiya təhlükəsizliyini təhdid etməsin. Amma xüsusi xidmət orqanları açıq mənbələrdə apardığı təhlil ilə külli miqdarda əməliyyat məlumatları əldə edir. Hər şeyə sadə baxmaq olmaz".

Baxış sayı: 5 411

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

infoagency@arhd.az

Məzənnə