Qazaxıstan Energetika Nazirliyi Xəzər Boru Kəməri Konsorsiumun obyektinə hücumla bağlı məsələyə aydınlıq gətirib

Astana, 18 fevral, ARHD.AZ


Qazaxıstan Energetika Nazirliyi Xəzər Boru Kəməri Konsorsiumun obyektinə hücumla bağlı məsələyə aydınlıq gətirib


Qazaxıstan Energetika Nazirliyi Xəzər Boru Kəməri Konsorsiumun (CPC) obyektlərindən birinə dron hücumu ilə bağlı vəziyyətə aydınlıq gətirib.

ARHD.AZ Qazaxıstanın Energetika Nazirliyinə istinadla xəbər verir ki, hazırda CPC tərəfdən Qazaxıstan neftinə heç bir məhdudiyyət yoxdur, neftin qəbulu qrafikə uyğun olaraq həyata keçirilir.

CPC məlumat verib ki, “Tengiz - Novorossiysk” magistral neft kəməri 2025-ci il fevralın 17-də Kropotkinskaya neft nasos stansiyasının iştirakı olmadan tranzit rejimində işə salınıb.

Bundan əvvəl CPC mütəxəssisləri hücumun nəticələrinin 1,5 - 2 ay ərzində aradan qaldırılacağını və bu müddət ərzində Qazaxıstan neftinin nəqlinin 30 faiz azalacağını diqqətə çatdırmışdılar.

Xatırladaq ki, fevralın 17-də Xəzər Boru Kəməri Konsorsiumunun Kropotkinskaya neft nasos stansiyası PUA hücumuna məruz qalıb.

CPC Rusiya, Qazaxıstan və dünyanın aparıcı neft hasilatı şirkətlərinin iştirakı ilə yaradılmış ən böyük beynəlxalq neft nəqli layihəsidir. Bu layihə 1,5 min kilometrdən çox uzunluğu olan magistral boru kəmərinin tikintisi və istismarı üçün yaradılıb.

CPC sisteminə əsasən Qərbi Qazaxıstanda yerləşən geniş yataqlardan hasil edilən neft, həmçinin Rusiya istehsalçılarının xammalı daxil olur.

Baxış sayı: 5

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə