“ACWA Power”: Azərbaycanın neft və qazda əldə etdiyi uğurları yaşıl enerji sahəsinə daşıyacağıq

Bakı, 18 fevral, ARHD.AZ


“ACWA Power”: Azərbaycanın neft və qazda əldə etdiyi uğurları yaşıl enerji sahəsinə daşıyacağıq


Azərbaycanın liderlik etdiyi yaşıl dəhlizlə bağlı müəyyən planlarımız var. Azərbaycanın neft və qazda əldə etdiyi uğurları yaşıl enerji sahəsinə daşıyacağıq.

ARHD.AZ  xəbər verir ki, bu sözləri “ACWA Power” şirkətinin Azərbaycan və Türkiyə üzrə direktoru Selim Güven jurnalistlərə açıqlaması zamanı deyib.

O bildirib ki, bu layihə çərçivəsində Özbəkistan və Qazaxıstandan Azərbaycana, eyni zamanda, Azərbaycandan Avropaya uzanan dəhliz planlaşdırılır.

“Təbii ki, Naxçıvan üzərindən Türkiyəyə də çəkiləcək dəhliz planlaşdırılır. Bu layihədəki dəhlizlər regiondakı zəngin yaşıl enerjini Avropa və digər tələb olunan bazarlara ixracı nəzərdə tutur. Burada qarşıya qoyulan yaşıl hədəflərə ən qısa zamanda nail olunması üçün dəstək göstərməyə çalışırıq”, - deyə o vurğulayıb.

Baxış sayı: 6 547

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə