Ötən ay Azərbaycanın xarici ölkələrlə ticarət dövriyyəsi 5 milyard dolları ötüb

Bakı, 17 fevral, ARHD.AZ


Ötən ay Azərbaycanın xarici ölkələrlə ticarət dövriyyəsi 5 milyard dolları ötüb


Cari ilin yanvar ayında Azərbaycan xarici ölkələrlə 5 milyard 90,8 milyon dollar dəyərində ticarət əməliyyatı aparıb.

Dövlət Gömrük Komitəsindən (DGK) ARHD.AZ-a bildirilib ki, bu, ötən ilin eyni dövrünə nisbətən 70,5 faiz çoxdur.

Xarici ticarət dövriyyəsinin 3 milyard 38 milyon dolları ixracın, 2 milyard 52 milyon dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 64,8 faiz artıb, idxal isə 79,7 faiz artıb.

Nəticədə xarici ticarətdə 986,07 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 40,5 faiz çoxdur.

Baxış sayı: 4 335

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə