Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) dünya klublarının yeni reytinq siyahısını açıqlayıb.


ARHD.AZ xəbər verir ki, Azərbaycan klubları arasında sıralamada ən yaxşı göstəriciyə sahib olan "Qarabağ" komandasıdır.


Ağdamı təmsil edən klub ötən reytinq cədvəli ilə müqayisədə bir pillə geriləyib. "Qarabağ" hazırda 182.5 xalla 69-cu yerdə mövqe tutub.


Cədvələ əvvəlki kimi PSJ (Fransa) başçılıq edir. "Real Madrid" (İspaniya) və "Çelsi" (İngiltərə) müvafiq olaraq sonrakı yerləri tuturlar.


Reytinq cədvəlində yer alan digər Azərbaycan klublarının mövqeyi belədir:


224. "Sabah" - 93.5 xal (+28);


389. "Zirə" - 66.75 (-29);


456. "Araz-Naxçıvan" - 60.25 (+30);


553. "Neftçi" - 51.25 (+10);


627. "Turan Tovuz" - 45 (-19).

Baxış sayı: 2 655

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə