İkinci Bundesliqanın 12-ci turunda “Herta”ya (Berlin) 0:1 uduzduqları görüşdə zədələnən “Kayzerslautern”in və millimizin futbolçusu Mahir Emrelinin bərpa prosesi sürətli gedir.


ARHD.AZ  xəbər verir ki, millinin hücumçusu artıq fərdi məşqlərə başladığı üçün vaxtından əvvəl meydana qayıda bilər. 


O, gələn həftə topla məşqlərə start verəcək. Azərbaycan millisinin üzvünün ən pis halda 2-ci Bundesliqanın qarşıdakı iki turunu buraxacağı ehtimal edilir.


Qeyd edək ki, ikinci Bundesliqanın növbəti turuna yanvarın 16-sı start veriləcək.

Baxış sayı: 2 372

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə