"Neftçi"nin baş məşqçisi Yuri Vernidub Premyer Liqada cari mövsüm debüt edən 4-cü əcnəbi mütəxəssis olub.


ARHD.AZ  xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.


Bildirilib ki, ukraynalı mütəxəssis "Neftçi"ni XV turda "Sumqayıt"la ev oyununa (2:2) çıxarıb.


Buna qədər Saşa İliç ("Sumqayıt") və Jorj Kaşkilya ("İmişli") I, Valdas Dambrauskas ("Sabah") II turda debüt edib.


Bununla da Premyer Liqa tarixində baş məşqçi və ya bu vəzifəni müvəqqəti icra edən əcnəbi mütəxəssislərin sayı 69-a çatıb. Vernidub Premyer Liqa tarixində 10-cu ukraynalı baş məşqçidir.


O, "Neftçi"ni Azərbaycan çempionatlarında oyuna çıxaran ümumilikdə 33-cü mütəxəssisdir. Vernidub "ağ-qaralar"ın 9-cu legioner, 3-cü ukraynalı çalışdırıcısı olub.

Baxış sayı: 2 981

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə