"İnter Mayami" komandasının futbolçuları Jordi Alba və Serxio Buskets peşəkar karyeralarını başa vurublar.


ARHD.AZ  championat.com-a istinadən xəbər verir ki, bu, komandanın MLS Kubokunun finalında "Vankuver Uaytkeps"i 3:1 hesabı ilə məğlub edərək çempion titulunu qazanmasından sonra baş verib.


2008-ci ildə karyerasına başlayan Buskets 2023-cü ilə kimi "Barselona"da oynayıb. Həmin ilin yayında "İnter Mayami" ilə müqavilə imzalayıb. O, klub səviyyəsində 840 oyun keçirib, 19 qol vurub və 62 məhsuldar ötürmə edib.


"Barselona" və "Valensiya" akademiyalarının yetirməsi olan Alba hər iki klubun böyüklər komandasında oynayıb. Müdafiəçi 2023-cü ildən bəri "İnter Mayami"də çıxış edib. O, klub səviyyəsində 708 matça çıxıb, 52 qol vurub və 135 məhsuldar ötürmə ilə yadda qalıb.

Baxış sayı: 2 138

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə