Azərbaycan Kuboku: Bu gün 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulacaq
![Azərbaycan Kuboku: Bu gün 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulacaq](https://azertag.az/files/2025/1/1200x630/173882349087245160_1200x630.jpg)
Bakı, 6 fevral, ARHD.AZ
Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 finalın ilk oyunları çərçivəsində daha 2 görüş keçiriləcək.
ARHD.AZxəbər verir ki, günün ilk matçında “Araz-Naxçıvan” “Zirə”ni qəbul edəcək. Saat 16:00-da başlayacaq matçı FIFA referisi Elçin Məsiyev idarə edəcək.
Digər oyunda isə “Qarabağ” səfərdə “Səbail”lə qarşılaşacaq. Saat 18:30-da start götürəcək qarşılaşmanın baş hakimi Rauf Cabarov olacaq.
Bu iki matçla 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulacaq.
Qeyd edək ki, bu mərhələnin əvvəlki matçlarında "Neftçi" səfərdə "Kəpəz"i iki cavabsız qolla üstələyib. "Sabah" - "Sumqayıt" matçında isə qolsuz heç-heçə qeydə alınıb. 1/4 finalın cavab görüşləri fevralın 27-28-də keçiriləcək.