Bakı, 19 may, ARHD.AZ


İtaliyanın Peruca şəhərində keçirilən dünya çempionatında yüksək nəticələr əldə edən kunq-fu üzrə Azərbaycan millisinin üzvləri Vətənə qayıdıblar.

ARHD.AZ xəbər verir ki, onları Heydər Əliyev Beynəlxalq Aeroportunda media mənsubları, azarkeşlər və idmançıların yaxınları qarşılayıblar.

“Light sanda” növü üzrə mübarizə aparan idmançılarımız yarışı 5-i qızıl, 2-si gümüş olmaqla, ümumilikdə 7 medalla başa vurublar.

Qızların yarışında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın qızı, Prezident İlham Əliyevin nəvəsi Əminə Əliyeva (11 yaş, 38 kiloqram) dünya çempionu olub.

Oğlanlar arasında isə Rəsul Əsgərov (11–12 yaş, 36 kiloqram), Hüseyn Əliyev (13–15 yaş, 48 kiloqram), Toğrul Mikayılov (böyüklər, 65 kiloqram), Eller Orucov (böyüklər, 75 kiloqram) qızıl, Əli Baxışov (11–12 yaş, 33 kiloqram) və Əkbər Əhmədzadə (13–15 yaş, 70 kiloqram) gümüş mükafata yiyələniblər.

Azərbaycan yığması bu nəticə ilə komanda hesabında isə 3-cü yerin sahibi olub.

Baxış sayı: 5 382

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə