"Prezident Kuboku-2025": Azərbaycan avarçəkənləri daha 5 medal qazanıblar

Mingəçevir, 1 may, ARHD.AZ


Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş avarçəkmə üzrə "Prezident Kuboku-2025" beynəlxalq reqatasında ikinci yarış gününə yekun vurulub.

ARHD.AZ xəbər verir ki, Mingəçevirdə yerləşən "Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunan reqatada müxtəlif məsafələr üzrə kayak-kanoe və akademik növlərdə mübarizə baş tutub.

Günün ilk yarışında Əlimurad Hacızadə (2011-2012) birnəfərlik kayak qayığı ilə 500 metr məsafədə bürünc medal qazanıb. Eyni məsafəyə Əlimurad Hacızadə (2009-2010) ilə Mustafa Vəlizadə/Elmir Tarverdiyev (2011-2012) cütü ikinci, Sənan Cəfərzadə/Tahir Mövsümov cütü (2011-2012) üçüncü yeri əldə edib. Nurlan Paşayev (2006-2007) isə akademik avarçəkmədə gümüş medala sahib çıxıb.

Turnirin ilk günündə Azərbaycan avarçəkənləri üç bürünc mükafata yiyələnmişdilər.

Qeyd edək ki, reqataya mayın 2-də yekun vurulacaq.

Baxış sayı: 4 500

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə