22 mart 2025   ARHD.AZ

"Böyük Dəbilqə": Bu gün Azərbaycanın daha beş cüdoçusu mübarizəyə qoşulur


Bu gün Azərbaycanın daha 5 cüdoçusu Gürcüstanın paytaxtı Tbilisidə keçirilən "Böyük Dəbilqə" turnirində mübarizəyə qoşulacaq.

"ARHD.AZ" xəbər verir ki, ikinci yarış günündə təmsilçilərimiz 3 çəki dərəcəsində qüvvələrini sınayacaqlar.

Kişilər arasında Qədir Hüseynov, Rüdət Şövlətov (hər ikisi 73 kq) və Məhərrəm İmamverdiyev (81 kq) medallar uğrunda mübarizə aparacaqlar. Qadınların yarışında isə Günel Həsənli və Südabə Ağayeva (hər ikisi 70 kq) tatami üzərinə çıxacaqlar.

Qeyd edək ki, yığma turnirdə 8 çəki dərəcəsində 11 cüdoçu (7 kişi, 4 qadın) ilə təmsil olunur.

Baxış sayı: 5 447

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə