Azərbaycan cüdoçuları bu gün Gürcüstanın paytaxtı Tbilisidəki "Böyük Dəbilqə" turnirində mübarizəyə start verəcəklər.

ARHD.AZ xəbər verir ki, ilk yarış günü 5 cüdoçumuz 4 çəki dərəcəsində (3 kişi və 2 qadın) tatami üzərinə çıxacaqlar.

Kişilər arasında Murad Muradlı, (60 kq) Nazir Talıbov və Rəşad Yelkiyev (hər ikisi 66 kq) medallar uğrunda mübarizə aparacaq. Qadınların yarışında isə Aydan Vəliyeva (52 kq) və Fidan Əlizadə (57 kq) güclərini sınayacaq.

Qeyd edək ki, yığma turnirdə 8 çəki dərəcəsində 11 cüdoçu (7 kişi, 4 qadın) ilə təmsil olunacaq.

Baxış sayı: 2 503

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə