Dünya Minifutbol Federasiyasının prezidenti: Bakının mundiala yüksək səviyyədə ev sahibliyi edəcəyinə inanıram

Bakı, 12 mart, ARHD.AZ


Dünya Minifutbol Federasiyasının prezidenti: Bakının mundiala yüksək səviyyədə ev sahibliyi edəcəyinə inanıram


“Azərbaycan minifutbolun inkişaf etdiyi ölkədir”.

ARHD.AZ xəbər verir ki, bu sözləri Dünya Minifutbol Federasiyasının prezidenti Filip Yuda Bakıda keçiriləcək dünya çempionatının püşkatma mərasimindən sonra jurnalistlərə açıqlaması zamanı deyib.

O, Bakının mundiala yüksək səviyyədə ev sahibliyi edəcəyinə inandığını vurğulayıb.

“Azərbaycan Minifutbol Federasiyasının rəhbərliyinə təşəkkür edirəm. Onlar bu idman növünün inkişafı üçün müxtəlif tədbirlər həyata keçiriblər”, - deyə Filip Yuda vurğulayıb.

Funksioner ötən gün minifutbol üzrə Azərbaycan çempionatında “Zirə” və “Birbaşa Bakı” komandaları arasında baş tutan final qarşılaşmasını izlədiyini də qeyd edib: “Çox möhtəşəm və gərgin matç idi”.

Qeyd edək ki, turnir mayın 21-dən iyunun 1-dək Bakıda keçiriləcək.

Baxış sayı: 4 362

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə